Azərbaycanlı müğənnidən yenilik FOTOLAR

Azərbaycanlı müğənnidən yenilik FOTOLAR

Müğənni Nərgiz Hüseynli mərhum həmkarı Şəfa Hüseynovanın xatirəsinə həsr olunan yeni yaradıcı işini təqdim edib. SİA-ya bu haqda Nərgiz xanımın özü açıqlama verib: "Sənətinə hörmət etdiyim Şəfanın repertuarına rəğbət bəsləyirəm. Onun ifalarını tez-tez dinləyirəm. Yeni aranjemanda "Əylən-əylən" mahnısını ifa etdim və klip çəkdirdim. Bu mahnı ilə onu yad etmiş olduq. Şəfa yaşasaydı, martın 29-da 42 yaşını qeyd edəcəkdi. Allah rəhmət eləsin!"

Qeyd edək ki, mahnının aranjeman müəllifi İlkin Valehoğludur. Klipin rejissoru Rauf Sahiboğluna, operator işi və montaj Ağakişi Behbudoğluna məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə