Türkiyəli gənc bəstəkar, aranjemançı, DJ 29 yaşlı Əmrah Karaduman proqram üçün gəldiyi Əskişəhərdə 36 yaşlı sürücüsü Volkan Karaca ilə birlikdə bıçaqlı hücuma məruz qalıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis hadisə ilə bağlı bir nəfəri nəzarətə götürüb.
Hadisə saat gecə 03:00-da baş verib. Qarnından və kürəyindən ağır bıçaq yarası alan Karaduman təcili yardım maşını ilə Əskişəhər Osmanqazi Tibb Universitetinin xəstəxanasına, qolundan və əlindən yaralanan sürücü isə Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasına aparılıb. Adı açıqlanmayan şübhəli isə Çarşı Polis Mərkəzinə götürülüb.
Emrah Karadumanın müalicəsinin xəstəxananın reanimasiya şöbəsində davam etdirildiyi deyilir. Sürücü dövlət xəstəxanasında ilkin yardım aldıqdan sonra Əskişəhər Osmanqazi Tibb Universitetinin xəstəxanasına gətirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB