Azərbaycanlı müğənninin karikaturasını çəkdilər FOTO

Azərbaycanlı müğənninin karikaturasını çəkdilər FOTO

Müğənni Elnar Xəlilovun karikaturasını çəkiblər. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Şəhərimizin mərkəzi küçələrində gəzərkən rəssamlardan biri yaxınlaşdı və məni çəkmək istədiyini bildirdi. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Həmin bacarıqlı rəssam karikaturamı 15 dəqiqiə ərzində çəkdi və məncə uğurlu oldu".

Elnar onu parodiya etmək istəyən aktyorlara da sələnib: "Parodiya sahəsi ayrılıqda elimdir. Kimisə parodiya edərkən həmin kəsin eynisini göstərməlisən və insanları bununla güldürməlisən. Amma parodiya edərkən, təhqirə keçəndə bu düz deyil. Aktyorlarımızdan hansısa məni sağlam şəkildə parodiya etsə, əsəbləşmərəm. Fikirləşərəm ki, mən varam ki, günlərini mənə həsr edib, vaxt ayırıb. Özünü mənə oxşatmağa çalışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə