Meyxanaçı-müğənni Vasif Əzimov maraqlı açıqlamalar verib. SİA-ya danışan sənətçi həyatda ən çox qorxuduğu məqamdan danışıb: "Həyatda bir şeydən çox qorxuram. O, səhhətimlə bağlıdır. Belə ki, gözləri görməyən, əlləri və ayaqları olmayan insanlar var. Amma Allaha şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır".
O, bəyəndiyi müğənnilərdən də söz açıb: "Mahnıya qulaq asarkən müğənninin kim olduğu mənim üçün önəmli deyil. Əsas odur ki, sənəti olsun. Elə həmkarlarım var ki, münasibət belə yoxdur. Amma bəstələrini dinləyirəm. Türkiyəli müğənnilərdən İbrahim Tatlısesin və Emrahın sənətinin vurğunuyam. Onları dinləyirəm və mahnılarını çox sevirəm".
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB