Rejissor Kənan MM illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, rejissor 6 il kirayə qaldığı evin sahibəsini ziyarət edib: "Rejissor olmadığım zamanlarda mən bu həyətdə 6 il kirayə qalmışam. Rəna xala mənə ana əvəzi olub. 6 il hər mənada yanımda olub. Paltarlarımı öz övladlarının geyimlərindən seçmirdi. Bəzən evimin qapısına yemək qoyub gedirdi. Aylarla ev pulunu ödəyə bilmirdim. Amma Rəna xala çox ehtiyacı olan zamanlarda heç nə demirdi. Elə o vaxtdan imkan olduqca Rəna xalanı yad edirəm. Allah səni bizə çox görməsin. Gözlərindəki nəmli sevinclər mənə yetər. Allah yaddaşımı "format" eləməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB