Ceyhun: "Səhnədə olan sənətçilərin əli cibində olmalıdır" AÇIQLAMA

Ceyhun: "Səhnədə olan sənətçilərin əli cibində olmalıdır" AÇIQLAMA

Müğənni-bəstəkar Ceyhun Əliyev sənəti üçün çox pul xərcləndiyini bildirib. SİA-ya açıqlama verən ifaçı maraqlı etiraflar edib: "Kənardan biz sənətçiləri izləyən tamaşaçılar elə bilirlər ki, toylardan əldə etdiyimiz gəlirləri ancaq özümüzə xərcləyirik. Amma elə deyil. Çünki müğənnini yeni mahnı yazdırırsa, bəstənin aranjemanına pul verir. Aranjemançılar dostumuz olsa da bir bəstənin ərsəyə gəlməsi üçün kifayət qədər pul ödəyirik. Bundan başqa sənətçilərin geyimi var. Səhnədə olan kəs hər zaman özünə baxımlı olmalıdır. Bir sözlə əli cibində olmalıdır. Biz məşhurların işi çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə