Bu gün xalq artisti Nisə Qasımovanın ad günüdür. SİA-nın məlumatına görə, müğənninin 63 yaşı tamam olur.
N.Qasımova 1954-cü ildə anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan N.Qasımova çox keçmir ki, bütün musiqi heyətinin diqqətini özünə cəlb edib, 9 yaşında olarkən xorun gənc solisti olub.
İfaçı 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki "Lalə qızlar ansamblı"na solist kimi dəvət edilib. 1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", "Sənsən həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilib. 1979-cu ildə yeni plastinkası satışa çıxıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB