Səidə: "Gücünüz ancaq müğənnilərə çatır" FOTO

Səidə: "Gücünüz ancaq müğənnilərə çatır" FOTO

Müğənni Səidə Sultanözündən çıxıb. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində onu tənqid edənlərə cavab verib: "Allahın salamı olsun məni sevən insanlara. Biz belə aqressiya ilə hara gedirik?! Sosial şəbəkələrdə nə qədər şərh yazan dırnaqarası qəhrəmanlarımız var. Müğənnilərə tökdüyünüz aqressiyalar bir kənara atın və yığışın ordu halında gedin deyin ki, hazırıq düşmənimizi parçalamağa, torpaqlarımızı almağa. Yoxsa ağzınıza gələni yazıb, bildiniz, bilmədiniz şəxsiyyəti təhqir edirsiniz. Utanmırsınız?! Vallah, ayıbdır. Bəli, mən Həcərəm, Nigaram. Torpağım, millətim üçün canımı verməyə belə hazıram. Buna gücüm və qeyrətim də çatır. Qeyrətsizsiniz gücünüz ancaq müğənnilərə çatır. Ağzınıza gələni yazırsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə