Şəbnəmin bəzi sirrləri ortaya çıxdı

Şəbnəmin bəzi sirrləri ortaya çıxdı

Müğənni Şəbnəm Əsədova yeniliyə imza atıb. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Bir çox televiziyalar məni efirlərə dəvət edirlər. Amma mən bu təkliflərin hamısına yox deyirəm. İstəmirəm ki, efirə çıxım və açıqlama verim. Açıqlamamı da yozub, məni sosial şəbəkədə tənqid etsinlər. İnşallah ana olduqdan sonra efirə çıxacam. Ona görə də bir kənara çəkilib, öz işimlə məşğulam. Yeni mahnılar, fotosessiyalar etdirmişəm. Bu gün təqdim etdiyim mahnının söz və musiqisi Talıb Talehdəndi. Bəstəni ilk dəfə eşidəndə bəyəndim, inanıram ki, dinləyicilər də bəyənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə