Muraddan gözlənilməz ETİRAFLAR-FOTO

Muraddan gözlənilməz ETİRAFLAR-FOTO

Bu gün aparıcı Murad Arifin ailəsində xoş gün yaşanır. SİA-nın məlmatına görə, ifaçının anasının doğum günüdür. Murad bu haqda təəssüratlarını bölüşüb: "Anam Sənubər müəllimə 45 il nəsillər yetişdirib. Xalqa biologiya, zoologiya, botanika tədris edib. Sübhdən evdən çıxıb, qaranlıqda qayıdıb. 2 növbədə işləyib. Məktəb yolunda ciyərlərini, gözlərini, ayaqlarını qocaldıb. Evdə də tələbələri qəbul edib. Anamın sayəsində minlərlə sumqayıtlı, gələcəyin həkimi, bioloqu olub. Bizi bir qarnı ac, bir qarnı tox böyüdüb. Amma 3 övladına təhsil, tərbiyə verdi. Biz qaranlıqda Bakıdan Sumqayıta qayıdarkən, yorğana bürünüb eyvanlardan asılı qaldı ki, ən azı məhlədən nəzarət edə bilsin. Belə qadınların cəmiyyətə, xalqa, ölkəyə töhvəsi qiymətsizdir. Bütün uğurlarım üçün, yalnız onun dualarına, namazına borcluyam. O, mənim üçün əsl ana, fədakar, qeyrətli və ziyalı Azərbaycan qadınının simvoludur. Ad günün mübarək!"

Bütün xəbərlər Facebook səhifəmizdə