Əməkdar artist Elnarə Abdullayeva yenidən konsert verəcək. SİA-ya bu haqda muğam ifaçısının özü açıqlama verib: "Bildiyiniz kimi, hər il konsert verirəm. Yenidən konsert keçirmək qərarına gəlmişəm. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə çıxacam. Bu dəfə ki, konsertim ikigünlük nəzərdə tutulub. Sözügedən gecə martın 23-də gerçəkləşəcək. Artıq konsert üçün məşqlər edirik. Konsert zamanı xalq və bəstəkar mahnılarına müraciət edəcəm. Gecədə fəxri qonaqlar da olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB