Üçüncü dəfə ana olan Aysel... FOTO

Üçüncü dəfə ana olan Aysel... FOTO

Ailə qurduqdan sonra sənəti ilə vidalaşan "Eurovision 2009" iştirakçımız Aysel Teymurzadənin yeni fotosu yayılıb. SİA-nın məlumatına görə, fotonu "Eurovision 2011"in qalibi Nigar Camal sosial şəbəkədə paylaşıb. Təyyarədə lentə alınan görüntüdə Ayselin yanında həyat yoldaşı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov da yer alıb.

Qeyd edək ki, Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailəlidir. Onların iki oğlu və qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə