Məşhur türk müğənnisi Mustafa Ceceli polislər tərəfindən saxlanılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yol polislərinin yoxlamasından boyun qaçıran müğənni şübhə yaradıb. Polis tərəfindən təqib edilən Ceceli yolda avtomobilini saxlayaraq yanında olan xanımı maşından düşürüb. Bir müddət davam edən təqibdən sonra müğənni təslim olub. Alkol testindən keçən müğənninin spirtli içki qəbul etmədiyi məlum olub. Lakin dövlət məmurunun həyatını təhlükəyə atmaq və nəzarətdən yayınmaq səbəbindən 301 türk lirəsi məbləğində cərimə olunub.
"Sizdən qorxub qaçdıq. Yanımda olan xanım satış müdiri idi, yeni mahnımı dinləyirdik" deyə, Mustafa Ceceli polis əməkdaşına açıqlama verib.
Həmin gecədə yaşananları fotokadrlar vasitəsilə təqdim edirik:







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB