Müğənni Kərim Abbasov yeni işini təqdim edəcək. SİA-ya bu haqda prodüseri açıqlama verib: "Bildiyiniz kimi, Kərim istirahət məqsədi ilə Təbrizdə idi. Artıq vətənə geri dönüb. İşlərinin başına keçib. İfaçı yaxın günlərdə əməkdar artist Mətanət İsgəndərli ilə birgə ifa etdiyi duetini və həmin mahnıya çəkdirdiyi klipini təqdim edəcək. Bəstə "Əllərim əlinə dəymir nə vaxtdır" adlanır. Mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Kərimin özünə aiddir. Fikrimizcə, Mətanət xanımla Kərimin yeni oxuduqları duet və lentə aldıqları ekran işi hər kəs tərəfindən bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB