Səbinə: "Xəstəlik Şahinin iliyinə keçib"

Səbinə: "Xəstəlik Şahinin iliyinə keçib"

Qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadədən xəbər var. SİA-nın məlumatına görə, rejissorun səhhəti haqqında xanımı Səbinə Zəkizadə xəbər verib: "Şahindən ilik analizləri götürülmüşdü, artıq cavablar gəlib. Nəticə heç də ürəkaçan olmadı. Xəstəlik işıq surəti ilə irəliləyir. Xəstəlik Şahinin iliyinə keçib. Həkim deyir ki, mütləq əməliyyat olunmalıdır, yeni ilik köçürülməlidir. Şahin üçün dua edin. İstəmirəm gözümün önündə əriyib, əllərim arasında getsin. Allahın möcüzələrinə inanıram, səsimizi eşidəcək, yardım edəcək".

Qeyd edək ki, müalicəsinin ikinci kursunu başa vuran Ş.Zəkizadə bir müddət ara verdikdən sonra yenidən xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə