Əli Mirəliyevin 50 manata oxuduğu dediyi Firuzə İbadovadan SƏRT SÖZLƏR

Əli Mirəliyevin 50 manata oxuduğu dediyi Firuzə İbadovadan SƏRT SÖZLƏR

Müğənnilərin hər zaman bostanına daş atan müğənni Əli Mirəliyev yenə də ənənəsinə sadiq qalıb. İfaçı bu dəfə hədəf olaraq əməkdar artist Firuzə İbadovanı seçib. O, həmkarının ünvanına "Firuzə İbadova şou-proqramlarda 50 manata oxuyur" sözlərini deyib.

SİA-ya məsələ ilə əlaqədar olaraq əməkdar artist Firuzə İbadovayla əlaqə saxlayıb. Əməkdaşımıza açıqlama verən sənətçi Ə.Mirəliyevin bu sözlərinə fikir bildirib: "Əli Mirəliyevin ünvanıma söylədiyini tikanlı sözləri mənim üçün önəmli deyil. Çünki onun dilinin sakit qalmaması hər zamankı adətidir. Qaldı ki, şou proqramlarda 50 manata çıxış etməyim məsələsinə mən bu sənətə gələndə and içməmişəm ki, toylara və məclislərə yüksək məbləğdə gedəcəm. Hər bir məbləğə razılaşıb, şou proqramlarda və el şənliklərində oxumaq olar. Əsas odur ki, xalq səni istəyib, məclisinə dəvət etsin. Elə vaxt olub ki, toylarda pulsuz oxumuşam. Həmişə el şənliklərini pulla ifa etmək olmaz ki... Vay o gündən ki, hansısa müğənniyə heç 50 manat da verib, tədbirlərə çağırmasınlar. Evdə oturub, özünü kiminləsə gündəmə gətirəsən. Bu hərəkətdən alçaq bir iş yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə