Toyla başlayan serial toyla da bitdi

"Gülümse Yeter" serialı final edir. SİA-nın məlumatına görə, yayda başlayan serial reytinq qurbanı olub. Ekran işinin bitməsi haqda məlumatı serialda baş rolda oynayan Aslı Bekiroğlu xəbər verib: "Yasəmənin macərası toyla başladı, toyla bitdi. Sanım serialım, heyətim, dostlarım. Deyiləcək çox söz yoxdur. Hamımız bir-birimizi sevdik, çox yaxşı davrandıq, güldük, əyləndik. Bizi dəstəkləyən hər kəsə təşəkkür".

Qeyd edək ki, "Show TV"də yayımlanan "Gülümse Yeter" yanvarın 17-də 24-cü seriya ilə final edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə