Bu gün xlaq artisti Faiq Ağayevin ad günüdür. SİA-nın məlumatına görə, müğənni 45 yaşını qeyd edir. F.Ağayev özəl gününü sevənləri ilə keçirəcək. Belə ki, müğənninin Heydər Əliyev Sarayında planlaşdırılan ikigünlük konserti bu gün başlayır.
Qeyd edək ki, F.Ağayev 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gəlib.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB