Reytinqlərdə istənilən nəticələri əldə etməyən "Yetər" və "Kərtənkələ" serialları gələcək həftəyə final planlaşdırıb. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, serialın aktyorları sosial mediadan fanatlarına vida ediblər. Yeni mövsümdə baş rol oyunçularında dəyişiklik edilən filmin böyük zərər gördüyü deyilir. Serialda Hicabı rolunu canlandıran Seda Tosun, sosial şəbəkədə yazışmasında bildirib: "Serialın yekunlaşdırılması qərara alınıb, lakin səbəbini bilmədiyim üçün açıqlama verə bilməyəcəm. Bilsəydim, mütləq sizinlə bölüşərdim".
ATV-nın ikinci finala hazırlaşan filmi isə çərşənbə günlərində efirə gedən "Yetər" serialıdır. Bu filmdə baş rol ifaçısı Pelin Karahanlının serialdan ayrıldıqdan sonra reytinqin aşağı düşdüyü bildirilib və bu səbəbdən də filmin bitməsinə qərar verilib. Sosial şəbəkədə finala hazırlaşdıqlarını deyən ifaçılardan Cenk Torun hər kəsə öz təşəkkürünü bildirərək vida edib.
Qeyd edək ki, "Yetər" filmi 40-cı hissəsində "Kərtənkələ" isə 85-ci hissədə filmin bitməsini qərara alıblar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB