Əməkdar artist Səlim Abbasov ətrafında olan qızlardan danışıb. SİA-ya açıqlama verən ifaçı ailə qurmaq istədiyini bildirib: "Bir çox yerlərdə oluram. Ətrafımda da kifayət qədər xanım var. Ona görə də evlənmək üçün xanım seçmək mənim üçün çətin olur. Mənim üçün ailə qurmaq oyuncaq deyil. Bəzi sənətçilər kimi 1-2 aylıq ailə qurmaq niyyətində deyiləm. Ailə müqəddəs varlıqdır. Ailədə daha çox evlənməyimi anam istəyir. Dostlarım da artıq dilə gəlib ki, subaylığın daşın atmalıyam. Allah bütün subaylara toy nəsib etsin. Könlümə uyğun xanım tapan kimi ailə quracam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB