Rejissor Nail Naiboğlu ona uğur gətirən müğənnilərdən söz açıb. SİA-ya açıqlam verən rejissor həmin ifaçının adını da açıqlayıb: "Elə məşhur müğənnilərlə iş birliyim olub ki, mənə uğur gətirməyib. Klipi baxımlı olmayıb. Bəzi gənc ifaçılar da var ki, gözləmədiyim müsbət nəticəni əldə etmişəm. Etiraf edirəm ki, uğurlu və uğursuz çəkdiyim kliplər var. Xüsusi ilə qeyd edim ki, bu yaxın günlərdə müğənni Günay İbrahimli üçün "Təşəkkürlər Bakı" adlı yeni klip çəkdim və çox uğurlu oldu. Belə ki, həmin klipin izləmə sayı rekord qırdı. Bundan başqa Türkiyə kanallarının birində təmannasız yayımlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB