Azərbaycanlı ifaçı Babək Niftəliyevdən icazə istədi MÜSAHİBƏ

Azərbaycanlı ifaçı Babək Niftəliyevdən icazə istədi MÜSAHİBƏ

Vokalist Mətanət Bayramovanın müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Mətanət xanım artıq neçə ildir ki, vokalist olaraq fəaliyyət göstərirsiniz?

-2000-ci ildən sənətdəyəm. Belə ki, həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verdim və qəbul oldum. Lakin maddi durumum imkan vermədiyi üçün təhsilimi davam etdirə bilmədim. Mənimlə birgə əməkdar artist Elnarə Abdullayevə də imtahan verirdi. Universitetə qəbul olmaq üçün Allaha dua edirdik. Bizdən imtahanı xalq artisti Mələkxanım Eyubova götürürdü. Səsimi çox bəyəndi. Çünki səsim Allah vergisidir.

-Vokal üzrə kimdən dərs almısınız?

-Müəllimim mərhum sənətkar Firudin Mehdiyev olub. O, mənə hər zaman düzgün yol göstərib. F.Mehdiyev kimi heç kim ola bilməz.

-Sizcə, hazırda vokalistlərə tələb var?

-Bəli, var. Amma danılmaz faktdır ki, Azərbaycanda operaya qulaq asan bir o qədərdə yoxdur. Çünki cəmiyyətimiz muğamı və estrada janrlarını çox sevir. Elə mənim özüm də muğamımızı çox sevirəm. Hətta xalq artisti Məsum İbrahimovdan muğam dərsləri almaq niyyətindəyəm.

-Azərbaycan mədəniyyətində özünüzü görürsünüz?

-Mənim səsimi Firudin Mehdiyev kimi sənətkar bəyənib. Niyə də özümü Azərbaycan incəsənətində görməyim?

-Bildiyimizə görə, aktrisa kimi də bacarığınız var...

-Bəli, reklamlara və filmlərə çəkilərək, özümü aktrisa kimi də sınamışam.

-Efirlərdə görünməməyinizin səbəbi nədir?

- Tam hazır olduqdan sonra verilişlərə getməyi planlaşdırıram.

-Hansı həmkarınızla duet oxumaq istərdiniz?

-Babək Niftəliyevlə "Sənsiz keçən ömür" mahnısını birgə oxumaq istərdim. Hətta bu bəstəni Babək icazə versəydi, tək ifa edərdim.

-Sənətinizdən gəlir əldə edə bilirsiniz?

-Bəli, şou proqramlara və el şənliklərinə gedərək, pul qazanıram.

Bütün xəbərlər Facebook səhifəmizdə