Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Roman Bakının qonağı olacaq. SİA-nın məlumatına görə, müğənninin azərbaycanlı sevənlərinə səslənməsini təşkilatçı Nahid Emiloğlu "İnstagram" hesabında paylaşıb. Konsert dekabrın 20-də Heydər Əliyev Sarayında baş tutacaq.
Gecədə ifaçı orkestrı ilə birlikdə sevilən mahnılarını canlı səsləndirəcək. Uzun müddətdir Bakıya gəlməyən ifaçı konsertdən bir neçə gün əvvəl gələcək və Azərbaycanı gəzəcək.
Tədbirin aparıcısı Nanə Ağamalıyevadır. Mərasimdə dicey Roşka da qonaq olacaq.
Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB