Vəkillərim lazımi tədbir gördü

Türkiyənin tanınmış müğənnisi Hadisə ötən axşam Ankarada sevənlərinə konsert verib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, səhnə öncəsi mətbuat nümayəndələri ilə söhbət edən sənətçi yeni saç düzümü ilə bağlı da fikir söyləyib. Saçını tünd rəngə boyayan məşhur "Tünd saçı sevirəm dəyişikliyi məhəbbətə, ayrılığa, depressiyaya bağlayanlar olacaq, amma birmənalı olaraq bildirirəm ki, əksinə çox xoşbəxtəm".

Jurnalistlərin əmlakın müsadirə olunması ilə bağlı verdiyi suala isə "Studiyaya icra məmuru gəldi, lakin əmlakın müsadirə olunması üçün deyil, vəkillərim lazımi tədbirlər görür, hələ ki, problem yoxdur" deyə açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə