Rəqsanə: "Yeriyəndə əziyyət çəkməsini görəndə, içim qan ağlayırdı"

Rəqsanə: "Yeriyəndə əziyyət çəkməsini görəndə, içim qan ağlayırdı"

Bu gün müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat olunur. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib: "Anam mənim dünyamdır. Həm anam, həm atamdır. İllərdir yığılıb qalan dərdləri içini boğub. Ayaq üstə qalıb, gecəsini gündüzünə qatıb bizi böyüdüb. İndi də ayaqları əziyyət verir. Anam həm də şəkər xəstəsidir. Yeriyəndə əziyyət çəkməsini görəndə, içim qan ağlayırdı. Əməliyyat olunmaq istəmirdi, onu məcbur etdim. Heç həyatda belə çarəsiz olmamışdım. Sızıldayan ayağına qurban olum ana. Anam əməliyyata girib, əzizlərim, dua edin".

Bütün xəbərlər Facebook səhifəmizdə