Aygün: "Namiq elə həyasızdır ki, hər şeyimi əlimdən aldı” VİDEO

Aygün: "Namiq elə həyasızdır ki, hər şeyimi əlimdən aldı” VİDEO

"Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Mala-mülkə bağlı insan olmamışam. Amma qarşıda layihələrim var, indi mən nə satacam?".

SİA-nın məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova efirdə "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni bir vaxt duet ortağı olan meyxanaçı Namiq Qaraçuxurlunun ondan tək bağ evini yox, başqa mülkünü də aldığını söyləyib: "Deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. Namiq mənim öz royalımı, sintezatorumu qaytarsın. Siz mənim əmlakımı ixtisara salmısınız. Namiqin aldığı bağın yanında, bir evim də var idi. Bir də nə qədər əşyalarım ondadır. Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən. Amma səmimiyyət lazımdır".

Sənətçi Namiq Qaraçuxurlunun qeyri-səmimi olduğunu söyləyib: ""Namiq və səmimiyyət", bunlar antonimdir. Həqiqət yaddan çıxmır. 8 il birlikdə ömür sürmüşük. Yəqin ki, bunu danmazsan. Sən dansan da, qonşuların danmaz. Namiqdən səmimiyyət gözləməyin".

Qeyd edək ki, müğənni eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun bağını əlindən aldığını söyləymişdi: "Bağ evimi Namiq əlimdən aldı. Bunu biz bərabər etmişdik, ona qismət oldu. O, elə həyasızdır ki, hər şeyimi əlimdən aldı".

Bütün xəbərlər Facebook səhifəmizdə