Azərbaycanlı stilist: "Ayağımın altını qazırlar"

Azərbaycanlı stilist: "Ayağımın altını qazırlar"

Stilist Samiraldo (Samir Əliyev) ona paxıllıq edənlərdən söz açıb. SİA-ya bu haqda stilistin özü açıqlama verib: "Şou-biznes elə bir camidir ki, bura düşən peşman olur. Çünki paxıllıq edənlərin çoxalır. Məndə də belədir. Adlarını söyləmək istəmədiyim insanlar var ki, ayağımın altını qazırlar. Hətta ruzimə belə mane olurlar. Amma paxıllığımı çəkənlər unutmayın ki, ruzini Allah verir, siz yox. İşlərimə nə qədər maneçilik törətsənizdə, alınmayacaq. Allahın sevimli bəndəsiyəm. Bir qapım bağlananda, o biri tərəfdən Tanrı qapılarımı açır. Yəni, özünüzü yormağa dəyməz. Axirət dünyanızı fikirləşin. Bu dünya fanidir. Bir gün hamı öləcək. Odur ki, yaxşı əməllərinizlə yadda qalın".

Bütün xəbərlər Facebook səhifəmizdə