Tolik Aygünlə Natavanı barışdırmaq istəyir

Tolik Aygünlə Natavanı barışdırmaq istəyir

Prodüser Tolik "İnstagram" hesabında maraqlı video paylaşıb. SİA-nın məlumatına görə, prodüser xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibinin yer aldığı videoya bu sözləri qeyd edib: "Yeni "W-trio" – Aygün Kazımova, Natavan Həbibi və mən. İstəyirəm 2017-ci ildə Aygün Kazımova və Natavan Həbibinin birlikdə konsertini edim. Məncə, mənə yox deməzlər. İnanırsınız necə maraqlı olar?".

Tolikin bu paylaşımına N.Həbibidən cavab gəlib. O, "Bir şərtlə, o konsertdə sən çıxıb belə oynayacaqsan" deyə, bildirib.

Prodüser ifaçıya "Söz verirəm, siz barışın, mən oynayacam" cavabını verib.

Qeyd edək ki, A.Kazımova ilə N.Həbibi uzun illər küsülü qalıb. Bir müddət əvvəl N.Həbibi qarşı tərəfə barışıq əli uzatmışdı. A.Kazımova onun bu addımını müsbət qarşıladığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə