Azər Süleymanlı kimlərə müraciət etdi? FOTO

Azər Süleymanlı kimlərə müraciət etdi? FOTO

Aparıcı Azər Süleymanlı şəxsi həyatı haqda açılama verib. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: "Oğlum Oğuza hələ aylar öncə arzuladığımız ad günü mərasimini başqa cür planlaşdırmışdıq. Müəyyən səbəblərdən alınmadı. Belə halda təbii ki, qonaqlara evimizin qapılarını açmaq qərarına gəldik. Ətrafda, yaxında xəbər bilən, zəng edən, "gəlirik" deyən insanlar maşAllah elə saya çatdı ki, evimizin "coğrafiyasına" sığmayacağımızı anladıq. Nəticədə bir məkan kirayələdik və evə gələcək insanlara orda qeyd edəcəyimizi söylədik. Mən eşidənlərə, bilənlənlərə demişdim - gələnə gəlmə demirəm. Amma mən oğluma təmtəraqlı gecə edib heç kimi dəvət etmirəm! Mən kimsəyə nə xüsusi dəvətnamə, nə də özəl dəvət göndərməmişəm. Xəbər bilən, ürəyi istəyən gəlib. Sağ olsunlar, var olsunlar! Mən xüsusi gecə hazırlayıb, dəvətlilər siyahısı yazsaydım, maşAllah dostlarımın, doğmalarımın varlığıyla böyük bir "toy" olardı. Məndən inciməklər, dəvətsizlikdən gileylənənlər, xahiş edirəm anlayışlı olaq! Məsafələr yaratmağa "bəhanəlar" axtarmaqdansa, yaxınlaşmağa "səbəblər" tapaq! O ki, qaldı əziz mətbuatımızın yazdığı yazılara, başlıqlara bu təntənə günün təmtərağı idi, sevincimizin, fərəhimizin şadlığı idi!"

Bütün xəbərlər Facebook səhifəmizdə