Fərəh Murad Arifin də qohumu imiş

Müğənni-bəstəkar Murad Arifin ailəsində daha bir ağır itki üz verib. SİA-nın məlumatına görə, ifaçının bibisi nəvəsi rəhmətə gedib: "12 yaşlı Fərəh uçub getdi. Məyusluq, boşluq və hüzn içindəyəm. Yer üzündən bir mələk əskildi. Valideynlərindən heç bir irad, töhmət almayıb. Özü təhsilində prinsipli imiş. O yaşda haqsızlığa hər kəs adekvat münasibət göstərə bilmir. Kimisə qınamaq da olmur. Qismət, qədər. Ananın yeganə balası".

Nəzərinizə çatdıraq ki, dərman içərək dünyasını dəyişən Fərəh eyni zamanda publisist Oqtay Əliyevin qohumudur.

Qeyd edək ki, bir neçə gün əvvəl M.Arifin əmisi dünyasını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə