Azərbaycanlı modelyer Nərgiz Əliyeva özünü aktrisa kimi də sınayıb. SİA-ya bu haqda modelyerin özü məlumat verib: "Hazırda yeni ekran işində rol almışam. Azərbayacanda belə bir film olmamışdı. Ekran işinin adı "Xənnas" adlanır. Qorxulu filmdir. Baş rolda çəkilirəm. Çəkilişlər Şəkidə baş tutur. Filmi çəkmək üçün artıq 1 aydan çoxdur ki, burdayıq. Ekran işinin çəkilişləri noyabr ayının sonunda yekunlaşacaq. Filmdə mənimlə yanaşı aktrisalar Pərvin Abıyeva, Zarina Qurbanova, Turkay Cəfərli, aktyorlar Hikmət Rəhimov, Qorqud Cəfərli çəkilib. Film hazır olduqdan sonra Bakıda qala gecəsini keçirəcəyik".
Qeyd edək ki, "Xənnas" adlı filmin rejissoru Elvin Abdullayevdir.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB