Məşhurlar bu özəl gün üçün bir araya gələcək

Məşhurlar bu özəl gün üçün bir araya gələcək

15 noyabr Lider FM - 107.0 radionun 17 yaşı tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə möhtəşəm konsert proqramı təşkil olunur. 20:30 da canlı yayımlanacaq konsertdə estrada və caz ulduzları iştirak edəcəklər. Gecədə xalq artistləri Aygün Kazımova və Faiq Ağayev, əməkdar artistlər Elza Seyidcahan və Ədalət Şükürov, müğənnilər Elton Hüseynəliyev, Nura, Ayaz Qasımov, Ayan Babakişiyeva və başqalı olacaq.

Qeyd edək ki, konsertə giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə