Ceyhun həmkarlarına səsləndi

Müğənni-bəstəkar Ceyhun Əliyev Məhərəmlik ayında toyların olmamasından gileylənən həmkarlarından söz açıb. SİA-ya bu haqda ifaçının özü danışıb: "Kimsə bu aydan şikayətlənirsə, özü bilər. Amma mən Məhərrəmlik ayında başımı aşağı salıb, işlərimlə məşğul oluram. Demək olar ki, səsyazma studiyasından çıxmıram. Günümün çoxunu orada keçirirəm. Başqa nəyəsə vaxt ayıra bilmirəm. Aranjemanları çatdıra bilmirəm. Bu ayda sənətçilər istirahət edir. Eyni zamanda reperturını təzələyir. Axı, biz müğənnilər hər ay el şənliklərində saatlarla oxuya bilmərik. Musiqinin qarşısında 6 saat dayanmaq çox çətindir. Bizə də dincəlmək lazımdır. Amma yenə də Allaha şükürlər olsun ki, toylara gedib, pulumuzu qazanırıq. Buna görə şikayət etməyə haqqım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə