Müğənni-bəstəkar Ceyhun Əliyev üzərində işlədiyi yeni mahnılardan söz açıb. Bu haqda SİA-ya ifaçının özü məlumat verib:" İki yeni mahnı təqdim edəcəm. Mahnının birinin layihə rəhbəri Kazım Sübhandır. Digər yeni bəstəm isə ritmik olacaq. Həmin mahnıların adlarını demiyəcəm. Çünki mövzu qıtlığıdır. İstəmirəm ki, həmin bəstələrin adlarını deyim, həmkarlarım tərəfindən oğurlana bilər. Ona görə də mahnılarım işıq üzü görəndə adlarını hər kəs biləcək".
İfaçı yaradıcılığının bununla bitmədiyini deyərək, böyük proyektlə sevənlərinin qarşısına çıxacağını da deyib:" Bildiyiniz kimi hazırda Məhərrəmlik ayıdır. Bu ay bitəndən sonra böyük layihəmi təqdim edəcəm. Belə ki, məşhur simayla duet oxuyacam. Eyni zamanda həmin tanınmışla səsləndirdiyim bəstənin sözlərini və musiqisini özüm yazacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB