Bəstəkar: "Efirə çıxmaq üçün heç kimə minnətçi olmuram" AÇIQLAMA

Bəstəkar: "Efirə çıxmaq üçün heç kimə minnətçi olmuram" AÇIQLAMA

Müğənni-bəstəkar Nazim Məmmədov şou-biznesdən danışıb. SİA-ya açıqlama verən ifaçı özünü bu camiyədə ön sırada görmədiyini bildirib: "Şou-biznes aləmində varam. Amma özümü ön sıralarda görmək istəmirəm. İşlərimlə gündəmi zəbt edirəm. Çalışıram ki, bu camiyədə dava-dalaşla yox, işimlə yadda qalım. Az danışıb, çox işləyənlərdənəm".

Bəstəkar efirlərdə bir o qədər də görünməməyinin səbəbini də açıqlayıb: "Hansı verilişə dəvət edirlərsə, gedirəm. Efirə çıxmaq üçün heç kimə minnətçi olmuram".

Bütün xəbərlər Facebook səhifəmizdə