Aktyor xərçəngə tutulub

Aktyor Maykl Duqlas, ABŞ-ın tanınmış aktyoru Val Kilmerin xərçəngə tutulduğunu və vəziyyətinin ağır olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Betman" və "Top Gun" filmlərinin ulduzu 56 yaşlı məşhur, boğaz xərçənginə yaxalanıb. Ötən il boğazındakı qanaxma səbəbilə müalicə alan məşhur, xərçəng olduğu iddialarını təkzib etmişdi. Belə ki, Kilmer "Facebook" səhifəsində yer alan açıqlamasında "Çox yaxşıyam dostlar Sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm. Gözəl vaxt keçirirəm, xərçəngə tutulmadığımdan əminəm" ifadələrini işlətmişdi. Val Kilmer, xərçəngə tutulduğunu rədd etsə də, 4 ay sonra boğazında trakeostomi dəlik açıldığı görüntülənmişdi.

Qeyd edək ki, 57 yaşlı məşhur 6 il əvvəl bu xəstəliyə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə