Rəvan Qarayev sənət yoldaşlarına "Tərbiyəsiz" dedi

Rəvan Qarayev sənət yoldaşlarına "Tərbiyəsiz" dedi

Müğənni Rəvan Qarayev bəzi sənət yoldaşlarını qınayıb. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə xanımı ilə foto çəkdirib yerləşdirən müğənniləri "topa" tutub: "Bəzi şou-biznes ifaçıları var ki, həyat yoldaşı ilə şəkil çəkdirib, "İnstagram" da paylaşırlar. Həmin fotoların altında xoşagəlməz şərhlər yazılır. Məncə, bu cür şəkillər sosial şəbəkədə paylaşılmamalıdır. Hətta elələri var ki, ekran qarşısında xanımıyla öpüşür. Bu tərbiyəsizlikdir. Belə insanlar şəxsi həyatı ilə yadda qalır. Şəkil çəkdirməkdənsə, mahnı oxuyun".

Bütün xəbərlər Facebook səhifəmizdə