Mətanət: "Sevdiyim yox, dəyər verdiyim insanla ailə qururam"

Mətanət: "Sevdiyim yox, dəyər verdiyim insanla ailə qururam"

Müğənni Mətanət Əsədova şəxsi həyatından söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu barədə verilişlərin birində söz açaraq toyu olacağını bildirib: "Nəhayət ailə qurmaq üçün birini seçdim. Sevdiyim yox, dəyər verdiyim insanla ailə qururam. Onun haqqında açıqlama verməyəcəm. Yalnız deyə bilərəm ki, həmin kəs şou-biznes nümayəndəsi deyil".

Mətanət Əsədova həmkarı Tacir Şahmaloğlu ilə haqqında gəzən sevgi dedi-qodularına da son qoyub: "Tacirlə aramızda nəsə olsa, hər kəs bilərdi".

Tacir də bu məsələ barədə fikirlərini söyləyib: "Mətanət xanımla dostluğumuz uzun illərə söykənir. Heç bir sevgidən söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə