Müğənni Nadir Qafarzadə Türkiyədə yaşayan azərbaycanlı ifaçı Ezonı tənqid edib. SİA-nın məlumatına görə, Ezo Azərbaycan telekanallarının birində türkcə danışması Nadiri əsəbləşdirib.
O, bu barədə fikirlərini "İnstagram" hesabında yazıb: "Telekanalların birində bu qızın qonaq olduğunu gördüm. Düzü tanımasam da, aparıcının dilindən adının Ezo olduğunu eşitdim. Əvvəlcə elə bildim Türkiyə sənətçisidir, sonra öyrəndim ki, azərbaycanlıdır, cənub bölgəsindəndir. Amma bir şeyi anlamadım, bu qız doğma dilində danışmadı. Yəqin öz dilindən utanır? Başqa cür necə ola bilər ki? Yazıq dilimiz, artıq səndən utanırıq da. Allah sənin köməyin olsun, yavaş-yavaş səni itirirk. Sualıma cavab tapsam sevinərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB