Məşhur türk modeli boşanır FOTOLAR

Türkiyənin məşhur modeli Demet Şener 15 ildir eyni yastığa baş qoyduğu həyat yoldaşı İbrahim Kutluay ilə yollarını ayıracaqlarını bildirib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, keçmiş model müsahibəsində bildirib ki, ailəmin dağılmamsı üçün çox mübarizə apardım, lakin alınmadı.

Uzun müddətdir ayrı qaldıqları haqqında danışılan və boşanma xəbərləri ilə gündəmə gələn cütlük hər dəfə xəbərin yalan olduğunu iddia etsələr də, bu dəfə yollarını ayırmağa qərar veriblər.

Efirdə yayımlanan proqrama telefonla bağlanan keçmiş model, 15 ildir bir yerdə yaşadığı həyat yoldaşından ayrılmaq üçün vəkilinə boşanma iddiası ilə bağlı təlimat verdiyini söyləyib.

Qeyd edək ki, məşhur cütlüyün bu evlilikdən 2 övladları var.

Bütün xəbərlər Facebook səhifəmizdə