Xalq artisti Aygün Kazımovanın borca görə avtomobilini satması haqda xəbər yayılıb. Müğənninin mətbuat katibi İsa Şükürov SİA-ya açıqlama verərək məsələyə münasibət bildirib: "Aygün xanımın borca görə maşını satdığı xəbəri yalandır. Həqiqəti əks etdirmir. Ümumiyyətlə xalq artisti avtomobilini satmaq haqda düşünmür. Maşın Aygün xanımın həyətindədir, hər yerə də onunla gedir".
Qeyd edək ki, A.Kazımovanın "Chevrolet Camaro Cabriolet" markalı maşınını borca görə satmaq məcburiyyətində qaldığı xəbəri yayılmışdı. Avtomobilin qiyməti təxminən 90 000 dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB