Türkiyəli aktrisa Ahu Tuğba səhhəti ilə bağlı problem yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa mədə qanaxması keçirib. O, Floridada yaşayan qızının qəza keçirdiyini eşidərək, stress keçirib və nəticədə xəstəxanalıq olub.
A.Tuğba deyib ki, ağzından qan gəlib və öləcəyini düşünüb: "Başqa problemlər də var. Risk davam edir. Cümə günü nəticələr məlum olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB