Günay Musayeva mənzilə həbs qoydurdu

Günay Musayeva mənzilə həbs qoydurdu

Azərbaycanlı model Günay Musayeva və keçmiş əri, aktyor Tolqa Karel arasında boşandıqdan sonra da qalmaqal bitmir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, övladları Cahangirin himayədarlığını qazanan Günay aylıq 500 lirəlik (təxminən 250 manat) alimentin 5 min lirəyə (təxminən 2500 manat) qaldırılması üçün məhkəməyə müraciət edib.

Musayevanın vəkili "Lüks bir villada yaşayarkən övladına sadəcə 500 lirə aliment vermək ağılsızlıq, vicdansızlıqdır. Onun daşınmaz əmlaklarına həbs qoyulmalıdır" deyib.

Məhkəmə vəkilin iddiasını haqlı sayaraq Karelin Beylerbeyindəki bahalı mənzilinə həbs qoyub.

Qeyd edək ki, Tolqa və Günay 2011-ci ildə ailə qurmuş, keçən il isə boşanmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə