Bir neçə gün bundan öncə məkanların birində idmançı Kamil Zeynallı və stilist Samiraldo arasında baş verən qalmaqal səngimək bilmir. Belə ki, stilistin idmançıyla həmin məkanda olması Kamili əsəbləşdirib. İdmançı hətta mikrafonu götürərək, "bizim olduğumuz yerdə Samiraldo kimilərinin yeri yoxdur". Bununla kifayətlənməyən K.Zeynallı Samiraldonun başına meyvə atıb. Həmin meyvə stilistin köməkçisi Sənana dəyib.
Samiraldo məsələ ilə əlaqədar olaraq SİA-ya açıqlama verib: "Kamil hər yerdə deyir ki, mən yandırılmalıyam, Azərbaycana ləkəyəm. Amma o bilmir ki, bu yüngül hərəkətlərinə görə, hər kəs tərəfindən qınanılır. O, idmançı deyil. İdmançılarımızın adına xələl gətirir. Sosial şəbəkədə məni sevən 10 min izləyicimi qara siyahıya atıb. Çünki həmin insanlar onu qınayır. Özü kimi bəzi səviyyəsiz insanlar da var ki, Kamilin hərəkətini dəstəkləyirlər. Bir neçə gün bundan öncə də restoranın açılışında mikrafonu alıb, küçə şöyüşləri ilə məni təhqir etdi. Əlinə nə gəldisə, mənə atdı. Hətta köməkçimin üstünə cumdu. Restoranın mühafizəçiləri davanın baş verməsinə imkan vermədi. Məclisi tərk etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB