"Recep İvedik" qız atası olacaq

Şahan Gökbakar və həyat yoldaşı Selin Gökbakarın körpələrinin cinsiyyəti müəyyən oldu. Noyabr ayında ilk uşaqları Dəniz Efeni qucaqlarına alan Şahan Gökbakar, qız atası olmağa hazırlaşır.

Müjdəli xəbəri sosial şəbəkə vasitəsilə sevənləri ilə paylaşan Gökbakar, "Ailəmizə kiçik bir şahzadə qatılır… Mənə bu xoşbəxtliyi yaşadan dəyərli həyat yoldaşım, qarınındakı kiçik şahzadəm, oğlum şahzadə Efoli və bütün övladlarımızı Allah qorusun… Bu xoşbəxt xəbəri ilk olaraq böyük ailəm olan sizlərlə paylaşıram" deyə, qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə