Xalq artisti Səməd Səmədov "Toy axşamı" adlı yeni ifasını təqdim edib. SİA-nın məlumatına görə, mahnının sözləri Vahid Əziz, musiqisi Eldar Mansurova məxsusdur.
S.Səmədov mahnının hit olacağını iddia edib: "Demək olar ki, hər il ən azı bir hit mahnı oxuyuram. Zamanında bir çox korifeylərlə eyni səhnəni bölüşmüşəm. Mənim yerimə küçədən keçən sıravi bir insan olsaydı, onlar da korifeylərin yanında püxtələşib, gözəl ifaçı olardılar. Zamanında öyrəndiklərim bu gün də mənə bəs edir. Daim gündəmdə qalmağımın səbəbi də odur ki, gözəl bəstəkarlarla işləyirəm. Bir mahnını ifa etmədən öncə düşünürəm, daha sonra qərar verirəm. Bu gün təqdim etdiyim "Toy axşamı" adlı mahnını məndən öncə mərhum xalq artisti Mirzə Babayev həmkarım Brilliant Dadaşova ilə oxuyub. Düşünürəm ki, yeni aranjimanda ifa etdiyim bu bəstə seviləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB