Elnarəni yenidən aparıcı kimi görəcəksiniz

Elnarəni yenidən aparıcı kimi görəcəksiniz

Müğənni Elnarə Xəlilova yenidən aparıcılıq edəcək. SİA-ya bu barədə ifaçının özü məlumat verib:"Şəxsən Vaqif Mustafayev məni Space televiziyasında aparıcı kimi görmək istədiyini dedi. Özümü hansı formatlı verilişdə, hansı layihədə görmək istədiyimi soruşdu. Mən də özümü xanımlarla bağlı mövzuları əhatə edən proqramda görmək istədiyimi dedim. O da bir dəqiqənin içərisində məni "Xanımlar saatı" verilişinə aparıcı kimi təsdiqlədi".

Proqram həftə içi 5 gün, saat 12:45-də efirə gedəcək. Elnarə bu layihənin də uğurlu olacağına əmindir: "Verilişdə də bir çox dəyişiklik edilib. Dekorasiyadan tutmuş bir çox yeniliklər var. Mən də öz imicimdə dəyişikliklər etmişəm. Komandamız çox güclüdür. Qarşımıza məqsəd qoymuşuq ki, uğurlu layihə ərsəyə gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə