"Azərbaycan gözəli-2016" milli gözəllik müsabiqəsinin final gecəsi və "STAR-2016" mükafatının təqdimetmə mərasimi baş tutub. SİA-nın məlumatına görə, "Şou productionun" təşkilatçılığı ilə baş tutan gecədə bir çox məşhur simalar iştirak edib. Mükafat alanlar arasında əməkdar artist Ədalət Şükürov, müğənnilər Şəbnəm Tovuzlu, Mirkamil Kamilov, Natavan Həbibi, Yaşar Yusub, Kamil Cəfərov, stilist Samiraldo, aparıcı Vüsalə Əlizadə, DJ Çina, media mənsubları olub. Onlar müxtəlif nominasiyalar üzrə mükafatla təltif olunublar.
Gecəni idarə etmək aparıcı İlahə Nizamiqızına həvalə olunub.
Nəzərinizə çatdıraq ki, mükafat alanlar arasında Səs İnformasiya Agentliyinin əməkdaşı Ceyran Əsgərova "İlin operativ maqazin jurnalisti", Səs İnformasiya Agentliyi (SİA) isə "İlin oxunan saytı" adına layiq görülüb.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB