Mustafa Ceceli həyat yoldaşı ilə Həcc ziyarətində FOTOLAR

Mustafa Ceceli həyat yoldaşı ilə Həcc ziyarətində FOTOLAR

İlk dəfə 2003-cü ildə Həcc ziyarətinə gedən Mustafa Ceceli yenə də müqəddəs torpaqlara gedib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, o, həyat yoldaşı Sinemlə birgə Həccdə olub. Musiqi dünyasından "Hacı" deyə adlandırılan Mustafa Ramazan ayında orucunu pozduğu üçün "Həccə gedib gəldikdən sonra 61 gün oruc tutacağam" demişdi.

Sinem Ceceli isə "İnstagram"da Kəbə önündə dua edərkən çəkilən fotosunu "Yer-göy səslənir hər an Allah, mənlikdən keçənin yarıdır Allah" qeydi ilə paylaşıb.









Bütün xəbərlər Facebook səhifəmizdə