Fatimə Fətəliyeva təqdimat etdi FOTOLAR

Fatimə Fətəliyeva təqdimat etdi FOTOLAR

Rəqqasə Fatimə Fətəliyeva Üzeyir Hacıbəyovun "Cəngi" mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan gecədə səhnəyə çıxan F.Fətəliyeva ekran işinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Daha sonra rəqqasə təqdimetmə mərasiminə gələnlərə yeni klipini nümayiş etdirib. Sənətçi 2 ildir küsülü olduğu həmkarı İlham Kərimli ilə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun "Sənsizlik" mahnısına hazırladığı rəqsi nümayiş etdirib.

Qeyd edək ki, ekran işinin rejissoru Nail Naiboğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə